On gündə təbiətə 381 minlik ziyan vurulub


On gündə təbiətə 381 minlik ziyan vurulub

Bakı və Sumqayıt şəhərləri, Abşeron, Salyan və Göyçay rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. 

 

Bildirilib ki, qurumun əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən AMEA Genetik Ehtiyatları İnstitutunun həyətyanı ərazisində, Yasamal rayonu İbrahim Əbilov küçəsində yerləşən “City Life” MMC-yə məxsus ərazidə, Nərimanov rayonu F.X.Xoyski və Ə.Rəcəbli küçələrində, Nəsimi rayonu Novruzov Qardaşları küçəsində yerləşən “Pilot-16” MMC-yə məxsus ərazidə, Binəqədi rayonu A.Kunanbayev küçəsi 1B ünvanında, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən köhnə “Mədəniyyət Evi”nin qarşısında, Sumqayıt şəhəri Bakı küçəsi 37 ünvanında yerləşən “Term” kompaniyasına məxsus ərazidə, Abşeron rayonu Mehdiabad qəsəbəsi, 28 May küçəsində, Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində, Salyan rayonu Qaraçala bələdiyyəsinin və Göyçay rayonu Qarayazı kəndinin inzibati ərazisində yaşıllıqların kəsilməsi faktları ilə bağlı təbiətə 381 000 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. 

 

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar  hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov mayora yeni vəzifə verdi

"Azərbaycan Ordusu" qəzetinə yeni redaktor təyin olunub.   Sfera.az xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsəno...

Bosniya lideri də Azərbaycana səfər etdi

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Xll Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 12-də Azərbaycan Respublikası...

Sabah 700-ə yaxın abonentin qazı kəsiləcək

Sabah İmişli rayonunda 700-ə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq.   Sfera.az-ın məlumatına görə, Otuzikilər QPS-dən qidalanan Qızılkənd...

“Nə istəyirsən et”: İran prezidenti Trampın danışıqlar tələbinə kobud şəkildə cavab verib

İran prezidenti Məsud Pezeşkian ölkəsinin təhdidlərə baxmayaraq ABŞ-la danışıqlara getməyəcəyini bildirib. Sfera.az bildirir ki, ABŞ prezidenti Donald Tramp ...

Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazandı

Azərbaycanın daha bir qadın güləşçisi Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.   ...

Albaniya Prezidenti Azərbaycana işgüzar səfərə gəldi

Albaniya Respublikasının Prezidenti Bayram Beqay Xll Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. ...