Əfv Komissiyasının iclası keçirilib, 100-dək müraciətə baxılıb


Əfv Komissiyasının iclası keçirilib, 100-dək müraciətə baxılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

 

Komissiyanın üzvü Rəşad Məcidin verdiyi xəbərə görə, bu gün komissiyanın bu il üçün 4-cü iclası baş tutub.

 

İclasda yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb. Toplantıda 100-ə yaxın müraciət müzakirə olunub.

 

Hər bir müraciət üzrə səsəvermə əsasında qərarlar qəbul edilib.

 

Komissiya işini davam etdirəcək. İclaslar yekunlaşandan sonra sənədlər Prezidentə təqdim olunacaq.

 

Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.


OXŞAR XƏBƏRLƏR