“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi şəhid anası və xanımına iftar məclisi təşkil etdi

“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi şəhid anası və xanımına iftar məclisi təşkil etdi

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayında bir qrup şəhid ailələri üçün iftar məclisi təşkil edilib. Azərbaycanın suverenliyi uğrunda canından keçmiş 100-dən çox şəhidin xanımları və anaları iftar məclisində iştirak edib. Dəvətlilər sırasında VŞQ-nin Bakıdan və regionlardan olan şəhid əməkdaşlarının ailə üzvləri də olub.

 

Məclis şəhidlərin əziz xatirəsinin yad edilməsi, dövlət himnin səslənməsi və şəhidlərin ruhuna duaların oxunması ilə başlayıb. Tədbirdə Milli Məclisin deputatları: Fatma Yıldırım, Mehriban Vəliyeva, Nigar Məmmədova, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Oba” marketlər şəbəkəsinin rəhbəri Natəvan İbrahimova, VŞQ-nin maliyyə direktoru Könül Kərimova iştirak edərək şəhid ailələrinə dərin ehtiramlarını bildiriblər.

 

Çıxışlar zamanı “Zəfər” İB-nin sədri Sevinc Orucova, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova və Şirkətlər Qrupunun Korporativ Kommunikasiya direktoru Sənubər Nəzərova Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizlə qürur duyduqlarını, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını, eləcə də VŞQ-nin şəhid ailələrinin məşğulluğuna verdiyi dəstəyi xüsusi vurğulayıblar. Tədbirdə eyni zamanda bir neçə şəhid anası da çıxış edərək, göstərilən diqqət və ehtirama görə təşkilatçılara dərin minnətdarlıqlarını ifadə ediblər. Şəhidlərin xatirəsinə həsr edilən tədbir bədii hissə ilə davam edib.

 

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunun 13 əməkdaşı şəhidlik zirvəsinə ucalıb, onların əməkhaqlarının ailə üzvlərinə ödənilməsi təmin olunur. Hazırda VŞQ-də 639 qazi əməkdaş çalışır, sosial məsuliyyət layihələri çərçivəsində qazilərə psixoloji dəstəyin göstərilməsi və müvafiq təlimlərdə fəal iştirakı təmin edilir, onların bilik və bacarıqlarının artırılması üçün davamlı təlimlər təşkil olunur. Bu tədbir həm müqəddəs Ramazan ayı, həm də 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunaraq, şəhid ailələrinə dərin ehtiramın və minnətdarlığın bir ifadəsi olub. Veysəloğlu Şirkətlər Qrupu olaraq, şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq və ailələrinə dəstək olmaq bizim üçün şərəfdir.

 


OXŞAR XƏBƏRLƏR

Şahin Bağırova yeni müavin təyin olundu

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova yeni müavin təyin edilib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev...

Xidmət rəisinə hökm oxundu

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. &nb...

AMEA-da “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Martın 12-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Respublikasının Dövlət Himni “İstiqlal marşı”nın qəbul...

Bakıda sürücünü döyən şəxslər həbs edildi

Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib.   Sfera.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində ...

Vnın ölüm şəkli yayımlandı- ŞOK GÖRÜNTÜ

Dünya çempionu, futbol tarixinin ən istedadlı oyunçularından biri Dieqo Armando Maradonanın ölümü ilə bağlı iddianı araşdıran məhkəmə işinə başlayıb.   ...

MN-dəki 2 milyonluq iş: vəzifəli şəxsə hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidməti rəisi işləmiş ...