Bakıda bu evlər bahalaşdı


Bakıda bu evlər bahalaşdı

Bakıda mənzil bazarında qiymət artımı müşahidə olunur və bu bahalaşma statistik göstəricilər tərəfindən də təsdiq edilir.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatına görə, 2025-ci ilin fevral ayında Bakıda mənzillərin qiyməti yanvar ayı ilə müqayisədə orta hesabla 1,5 faiz, 2024-cü ilin fevral ayı ilə müqayisədə isə 11,2 faiz artıb.

 

Ekspertlər qiymət artımını əsasən ipoteka kreditləri üçün müraciətlərin başlanılması ilə əlaqələndirirlər. 2025-ci ilin fevralın 6-dan etibarən ipoteka kreditlərinin verilməsi prosesinə başlanıb ki, bu da əmlak bazarında müştəri sayının artmasına səbəb olub. Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, ipoteka kreditlərinin verilməsi ilə bağlı prosesin başlaması müştərilərin daha çox çıxarışlı və ipotekaya yararlı əmlaklara maraq göstərməsinə yol açıb. Xüsusilə, köhnə tikililərdən 9 mərtəbəli binalara və yeni tikililərdə çıxarışlı əmlaklara olan tələbatın artması bu tip əmlakların qiymətlərinin bahalaşmasına səbəb olub.

 

Lakin qiymətlərin yüksək olduğu və ipotekaya yararsız əmlaklarda bahalaşma müşahidə olunmayıb. Mütəxəssislər bu cür əmlakların satışında durğunluğun olduğunu bildirirlər. Bu vəziyyət bazarda qiymət artımının yalnız ipotekaya uyğun və sənədləşməsi düzgün olan əmlaklarla məhdudlaşdığını göstərir. Milli.Az


OXŞAR XƏBƏRLƏR

Xidmət rəisinə hökm oxundu

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. &nb...

AMEA-da “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib - FOTO

Martın 12-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Respublikasının Dövlət Himni “İstiqlal marşı”nın qəbul...

Bakıda sürücünü döyən şəxslər həbs edildi

Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib.   Sfera.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində ...

Vnın ölüm şəkli yayımlandı- ŞOK GÖRÜNTÜ

Dünya çempionu, futbol tarixinin ən istedadlı oyunçularından biri Dieqo Armando Maradonanın ölümü ilə bağlı iddianı araşdıran məhkəmə işinə başlayıb.   ...

MN-dəki 2 milyonluq iş: vəzifəli şəxsə hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidməti rəisi işləmiş ...

Pakistanda girov götürülən qatarda 50 nəfər öldürüldü

Pakistanda girov götürülən qatarda 50 nəfər öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə "Reuters məlumat yayıb.   ...