Prokuror keçmiş diplomata cəza istədi


Prokuror keçmiş diplomata cəza istədi

Bakının Nizami rayonunda bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin Şaiq oğlu İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub və çıxış üçün dövlət ittihamçısına söz verilib.

 

İttiham nitqi ilə çıxış edən dövlət ittihamçısı Emin İbrahimovun 10 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib. Onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyən edilməsini istəyib.

 

Daha sonra təqsirləndirilən şəxsin vəkili çıxış etmək üçün vaxt istəyib. Onun istəyi nəzərə alınıb.

 

Növbəti proses aprelin 11-də davam edəcək.

 

İttihama görə, hadisə 2024-cü ildə Nizami rayonu, Məmmədov küçəsində baş verib. Emin İbrahimov səki ilə hərəkətdə olan zaman onunla üzbəüz gələn 38 yaşlı Kamal Şükürovla çiyin-çiyinə toxunub. Bu səbəbdən onlar mübahisə ediblər. Onların arasında dartışma zamanı Emin özündə olan bıçaqla Kamalın qarın nahiyəsindən bir dəfə vurub.

 

Dövlət ittihamçısı qeyd edib ki, istintaq orqanı tərəfindən Emin İbrahimovun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

 

Qeyd edək ki, Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.


OXŞAR XƏBƏRLƏR

Qarnı ağrıyan 4 yaşlı uşağın bağırsağından görün nələr çıxdı - FOTO

Türkiyədə qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılan 4 yaşlı Rumeysa Altundağın mədə və bağırsaqlarından 24 ədəd oyuncaq maqnit çıxarılıb.   Sfer...

ADY-dən dumanlı hava ilə bağlı müraciət

“Azərbaycan Dəmir Yolları” QSC dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ...

Bakıda velosipedçilər üçün yeni işıqforlar quraşdırıldı -FOTO

Bakının mərkəzində velosipedçilər üçün nəzərdə tutulan işıqforlar quraşdırılıb.   Sfera.az xəbər verir ki, o cümlədən, paytaxtın Nəsimi rayonu ə...

Prezident İƏT-in Baş katibini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.   Sfera.az xəbər verir ki, bu...

Bayramov iranlı həmkarı ilə danışdı

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Araqçi ilə telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu haqda Azərbaycan XİN...

Əhalinin NƏZƏRİNƏ: Bakının bu rayonlarında qaz olmayacaq

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik Südçülük Sovxozu və Binə Atçılıq ərazisində qaz xətlərini...