Tıxacdan bezən sürücüləri sevindirəcək xəbər - VİDEO


Tıxacdan bezən sürücüləri sevindirəcək xəbər - VİDEO

Böyükşor-Pirşağı avtomobil yolu Heydər Əliyev prospekti ilə birbaşa əlaqələndirilə bilər. Bununla bağlı təklif 2025-30-cu illəri əhatə edən dövlət proqamında öz əksini tapıb.

 

Başqa sözlə, yolun Ziya Bünyadov prospekti ilə birləşən hissəsində sıxlıq tarixə qovuşa, nəqliyyat vasitələrinin həmin ərazidə intensiv hərəkəti təmin edilə bilər.

 

Sfera.az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, yeni layihə icra olunarsa, Heydər Əliyev prospekti ilə hərəkət edənlər, rahatlıqla Böyükşor-Pirşağı avtomobil yolundakı qovşağa daxil olaraq bir çox istiqamətə hərəkət edə bilərlər.

 

Ərşad Hüseynov həmçinin bildirir ki, əslində, Böyükşor-Pirşağı yolunun potensialı böyükdür. Ekspert təklif edir ki, həmin yolu təkcə Heydər Əliyev prospekti ilə deyil, Babək və 8 Noyabr prospektləri ilə də əlaqələndirmək olar.

 

Nəticədə, bu layihələr icra edilsə, şimal-cənub istiqamətində nəqliyyat axını yaxşılaşacaq. O yolda həmçinin yeni ictimai nəqliyyat xətlərinin yaradılması da zəruri olacaq.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...

Bu cütlüklərin boşanma faizi çoxdur - YENİ TƏDQİQAT

İndiana Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma qadın-kişi münasibətləri ilə bağlı maraqlı faktları üzə çıxarıb.   Sfera.az xəbər...