Logo

Tofiq Yaqubluya hökm oxundu

Tofiq Yaqubluya hökm oxundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və onunla birgə mühakimə olunan Elnur Məmmədovun məhkəmə araşdırması başa çatıb.

Sfera.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Elnur Nuriyevin sədrlik etdiyi hakimlər tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə külli miqdarda dələduzluq etmə və rəsmi sənədləri saxtalaşdırma maddələri ilə verilmiş ittihamlar məhkəmədə təsdiqini tapıb.

Hökmə əsasən Tofiq Yaqublu 9 il və Elnur Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü ilin dekabrında polis tərəfindən aparılan istintaq çərçivəsində həbs ediliblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR