Logo

Samir Babayev yüksək vəzifəyə TƏYİN OLUNDU

Samir Babayev yüksək vəzifəyə TƏYİN OLUNDU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Samir Namiq oğlu Babayev Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub.

Sfera.az xəbər verir ki, bu barədə Qarabağ Universiteti məlumat yayıb.

Qeyd edək ki, S.Babayev 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003-2007-ci illərdə Türkiyənin İstanbul Universitetində tibb təhsili alıb.

2009-2013-cü illərdə ABŞ-nin Nyu-York Tibb Kollecində rezidentura üzrə, 2013-2016-cı illərdə Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində təkmilləşdirmə proqramı üzrə təhsilini davam etdirib.

Bununla yanaşı iyirmi ilə yaxın müddətdə Nyu-York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində, həmçinin Minnesota ştatında yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR