İşğaldan azad edilmiş ərazilərdə internetlə təmin edilən evlərin sayı AÇIQLANDI

Cəmiyyət
13:15 / 10.03.2025
2159
İşğaldan azad edilmiş ərazilərdə 3500-dən yuxarı ev təsərrüfatında genişzonaqlı internet təmin edilib.
Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Aztelekom" MMC-nin Baş direktor vəzifəsini icra edən Həsən Ömərov "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirində deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə işlər davam etdirilir. Hazırda magistral kabellərin çəkilişi işləri davam edir.
"Böyük Qayıdış" proqramına uyğun olaraq azad edilmiş ərazilərdə yeni texnologiyaların tətbiqi artıq həyata keçirilib",-deyə o qeyd edib.