Əhaliyə xəbərdarlıq: İnternetdə insanlar üçün ölümcül xəstəlik YAYILIR

Əhaliyə xəbərdarlıq: İnternetdə insanlar üçün ölümcül xəstəlik YAYILIR

Yəqin ki, çoxumuz orqanizmimizdə yaranan hər hansı bir narahatlıq, fiziki şikayətlə bağlı həkimə getmədən öncə internetdə araşdırma edirik. İnternetdə rast gəlinən qeyri-dəqiq məlumatlar əsasında  diaqnoz qoyuruq. Bu bəsit görünən həll metodu çox zaman xəstəliklə bağlı şübhələrin artmasına səbəb olur.

 

Həddindən artıq axtarış isə şübhələrin artmasına və narahatlığın ciddi bir problemə çevrilməsinə yol açır.

 

Yəni əslində ciddi bir xəstəlik olmadığı halda insanın o anda yaşadığı stress narahatlıq, qorxu və ya depressiya kimi emosional vəziyyətlər bədənin fiziki vəziyyətinə də təsir göstərir. Məşhur bir ifadədə də qeyd olunduğu kimi: Hər şey beyində başlayır.
 

Sən demə insanların internetdə qarşılaşdıqları qeyri-dəqiq və qorxuducu tibbi məlumatlardan təsirlənərək özlərini çoxsaylı xəstəliklərlə əlaqələndirmələri də xəstəlik imiş. Bu fenomenə pxisologiyada 'Siberkondriya' adı verilir.

 

İnternetdən yoluxan bu "xəstəlik"  insanların sağlamlıqla bağlı yanlış düşünmələrinə səbəb olur. Bununla yanaşı, həddindən artıq narahatlıq və təlaş yaratmaqla, insanların həyat keyfiyyətini aşağı salır. Səhv diaqnozların qoyulmasına və yanlış müalicə metodlarına yönlənmələrinə gətirib çıxarır. "Siberkondriya yalnız psixoloji təsir göstərmir. Həmçinin lazım olmayan dərmanlardan istifadəni də artırır.  

 

Mütəxəssislər bildirirlər ki, internetdən istifadə artdıqca bu xəstəliyə yoluxma riski də artan dinamika ilə davam edəcək.
Ətraflı

 

Bəs, bununla necə mübarizə aparmaq olar?

 

Milli.Az xəbər verir ki, psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında qeyd edib ki, psixoloq və psixiatrlar tərəfindən Siberkondriya ilə bağlı diaqnoz qoyulmur. Onun sözlərinə görə, bu, xəstəlik olmadığı üçün dərmanlarla müalicə edilə bilmir.

 

"Lakin simptomlardan müəyyən edə bilirik.  Siberkondriya ayrıca deyil, xəstəliklərin arasında bir qoldur. Bu da internetdə daha çox zaman keçirərək xəstəliklər haqqında araşdırmaq, müəyyən xəstəliklər haqqında məlumat almaqdır. Səbəblər müxtəlifdir. İnsan var ki, o çox bilgiyə sahib olmaq istəyir. Elə insanlar da olur ki, xəstədirlər və öz xəstəlikləri haqqında həddən artıq çox məlumat əldə etmək istəyirlər. Buna səbəb öz xəstəliklərini idarə etməkdir. Bəzilərinin isə sadəcə bir işlə məşğul olmağa ehtiyacı var. Lakin ən başlıca məsələ psixoloji narahatlıqla bağlıdır", - o deyib.

 

Müsahibimiz bunun müalicəsinin yalnız psixoloqla mümkün olduğunu deyir.

 

"Məsələnin əsas mahiyyəti öyrənilir, kökündə dayanan problem araşdırılır. Bu zaman şəxsin problemi mütəxəssis  tərəfindən aşkarlanır və müalicə edilir. Ümumiyyətlə birşey həyat tərzinizə mane olursa, o problemdir",- deyə F.Mehmanqızı fikrini yekunlaşdırıb.

 


OXŞAR XƏBƏRLƏR

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...