Logo

Məşhur azərbaycanlı idmançı həbs edildi

Məşhur azərbaycanlı idmançı həbs edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur azərbaycanlı samboçu, dünya çempionu Sadiq Kərimov Sankt-Peterburqda saxlanılıb.

S.Kərimov hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunur.

Bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə idarəsinin məlumatında bildirilir.

İstintaqa görə, 2012-ci ildə S.Kərimov şəxsiyyəti təyin olunmamış şəxslərlə birgə kafedə ölümlə hədələyərək 2 nəfərdən 3 milyon rubl tələb edib. Digər kafedə də onlar başqa şəxslərdən pul tələb edib, sonra isə qanunsuz olaraq BMW markalı avtomobili mənimsəyiblər.

Qeyd edək ki, Kərimov 2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.(azvison.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR