Nazir "Qafqaz" Universiteti ilə bağlı əmr imzaladı

Nazir

"Qafqaz” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
 "Qafqaz” Universitetinin Təsisçisinin 9 yanvar 2017-ci il tarixdən Universitetin ləğv edilməsi və Ləğvetmə Komissiyasının yaradılması barədə 27.12.2016-cı il tarixli qərarını nəzərə alaraq, Ləğvetmə Komissiyası "Qafqaz” Universitetinə 2017/2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və Universitetin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi (qış semestri bitəndən sonra) ilə bağlı Təhsil Nazirliyinə 16.01.2017-ci il tarixli məktubla müraciət edib. Qeyd olunanları nəzərə alaraq, "Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsil hüquqlarının təmin olunması məqsədi ilə onların digər ali təhsil müəssisələrinə yerləşdirilməsi və bununla əlaqədar digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə İşçi qrup yaradılıb.
İşçi qrupunun sədri Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyevdir. Qafqaz Universitetinin Tədris işləri üzrə prorektoru Həmzağa Orucov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun baş məsləhətçisi Yaşar Ömərov, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun məsləhətçisi Günay Ələkbərova, Təhsil Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri Rasim Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədrisin metodik təminatı və akkreditasiya bölməsinin müdiri Nazim Abbasov, Azərbaycan Texniki Universitetinin dosenti Bəxtiyar Namazov isə qrupun üzvü təyin ediliblər.
Universitetdə təhsil alan tələbələrin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları bala, ixtisaslarına və tədris dilinə uyğun olaraq, habelə onların dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil alması nəzərə alınmaqla digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim edəcək. Təhsil Nazirliyindən alınmış diplom və akademik arayış blanklarının saxlanılması, doldurulması, verilməsi və uçotu vəziyyətini araşdırsın, istifadə olunmamış blankların Nazirliyə qaytarılacaq.
Akademik məzuniyyətdə olan və ya müxtəlif səbəblərdən ali məktəbdən xaric olunmuş tələbələr barədə arayış hazırlanmalıdır. Tələbələri və onların valideynlərini qəbul edib onlara müvafiq izahatlar verilməlidir.
Əvvəlki tədris illərində "Qafqaz” Universitetini müvəffəqiyyətlə bitirmiş məzunların adına yazılmış və universitetin arxivində saxlanılan diplom və diploma əlavələrin Nazirliyin arxivinə təhvil verilməlidir.
Universiteti bitirmiş, xaric olunmuş və təhsilləri yarımçıq qalmış tələbələrin şəxsi işləri, tələbələrin ali məktəbə qəbul edilmələri, kursdan-kursa keçirilmələri, xaric olunmaları, akademik məzuniyyət verilməsi barədə əmrlər, imtahan-məqbul cədvəllərini, tələbələrin şəxsi vərəqələri,dərs jurnalları, doldurulmuş akademik arayış və diplom blankları,diplom blanklarının alınması, verilməsi və qeydiyyatı jurnallarını Nazirliyin arxivinə vermək üçün təhvil veriləcək.


OXŞAR XƏBƏRLƏR

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həkmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki,...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...

İran Prezidenti: “Yaxın gələcəkdə yenidən Azərbaycana gələcəm” - VİDEO

İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək.   Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbayc...

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən x...

Vətəndaşlara ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - Çantalarınızı hazır saxlayın

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Mədən Tədqiqat və Axtarış Ümumi Müdirliyi (MTA) tərəfindən yenilənən Zəlzələ Təhlükəsi və Aktiv...