Sakinlərin NƏZƏRİNƏ – Bu mikrorayon tamamilə sökülür

Sakinlərin NƏZƏRİNƏ – Bu mikrorayon tamamilə sökülür

Bakıda bəzi ərazilərdəki binalar plana düşsə də, sökülməsi istiqamətində iş getmir. Hətta bir sıra vətəndaşlar yaşadıqları yerin plana düşməsini istəyir və gələcəklərini buna uyğunlaşdırırlar.


Proses niyə ləngiyir?

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı “Globalinfo.az”a danışan əmlak məsələləri üzrə eskpert Elnur Azadov deyib ki, bu, birbaşa Bakının Baş planı ilə bağlıdır:
 

“Paytaxtda bəzi yerlər sökülsə də, digərləri ilə bağlı hələ addım atılmayıb. Ümumiyyətlə, 2017-ci ilə kimi proseslər qismən xaotik baş verirdi. Çünki bu sahəyə ciddi nəzarət yox idi. Hansısa şəxs və ya iş adamı bina tikmək fikrində idisə, buna istədiyi kimi yanaşırdı. Lakin 2018-ci ildən etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə səlahiyyət verildi.

 

Onlar bu işə beynəlxalq şirkətləri cəlb etdilər. Alman və fransız şirkətləri tender qalibləri oldular. Artıq Bakının Baş planını hazırlayıb 2023-cü ilin dekabr ayında ictimaiyyətə təqdim etdilər. Söküntü prosesləri isə həmin planda əks olunub. Həmçinin köhnəlmiş yaşayış fondu var və ekspertlərin açıqladığı ilkin rəqəmlərə əsasən, belə binaların sayı 11-12 min idi. Hazırda isə rəqəm 16 minə çatıb. Hələ mən çoxmənzilli binalardan danışıram.

 


“Sovetski”, “Kubinka” adlanan ərazilərdə, Yasamalda  özbaşına tikililər olub və ya Sovet hökuməti vaxtında əsasları qoyulub. Onların söküntüsü ayrıca böyük məsələdir”.


Ekspert bildirib ki, sökülməsi gözlənilən 3-5 mərtəbəli binaların arasında qəzalı və qismən qəzalı mənzillər də var:


“İstismar müddəti bitmiş və qismən qəzalı binaların sayı mindən çoxdur. Onlardan biri 1-ci mikrorayondur. Bura Nazirlər Kabinetinin 83 saylı qərarı ilə 2017-ci ildən qismən qəzalı hesab olunur. Pilot olaraq həmin mikrorayonun bütöv sökülməsi planda var. Lakin dövlətin resursları buna çatmır və hamısını icra edə bilməz. Tikinti şirkətlərinin isə Sovet hökuməti dövründə 50-70 il ərzində ərsəyə gəlmiş əmlakları qısa zaman ərzində yeniləməsinə gücü çatmaz”.


OXŞAR XƏBƏRLƏR

Ağdamda güclü yanğın - Ağdərəyə də yayılır + VİDEO

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qara...

Uilyam və Şahzadə Harrinin 20 yaşlı bacısı vəfat etdi

Şahzadə Uilyam və Şahzadə Harrinin ikinci əmisi qızı Rozi Roş 20 yaşında qəflətən dünyasını dəyişib. İngiltərənin Norton şəhərindəki evdə onun yanından odlu sil...

Sakinlərin NƏZƏRİNƏ - Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu...

Azərbaycan və Türkiyə müdafiə nazirləri İstanbulda görüşdü

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polk...

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...