"Bu gün ailə qurub, sabah boşanırlar" - Deputat

"Bu gün ailə qurub, sabah boşanırlar" - Deputat

Azərbaycanda bir neçə ildir Aliment Fondunun yaradılması ilə bağlı təkliflər irəli sürülür. Bu günlərdə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında məsələ ətrafında müzakirələr olub. Bir neçə deputat çıxışında qeyd edib ki, bu fond elə formada yaradılmalıdır ki, saxta boşanmaların sayı artmasın. 

 

Aliment Fondunun yaradılması bu sahədə olan problemləri həll edə bilərmi?

 

Milli Məclisin deputatı Ceyhun Məmmdov "Unikal"a açıqlamasında bildirib ki, bu məsələ uzun müddətdir cəmiyyətdə geniş müzakirə olunur. Onun sözlərinə görə, Aliment Fondunun yaradılması bu məsələdən çıxış yolu deyil:

 

"Bizim bəzi həmkarlarımız da bu məsələyə reaksiya verdilər. Cəmiyyətdə müxtəlif yanaşmalar və baxışlar oldu. Ona görə bu məsələ ilə bağlı ciddi düşünməliyik. Hesab edirəm ki, ən önəmli məsələlərdən biri cəmiyyətdə ailənin önəmi, ailə institutunun rolu, onun cəmiyyətdəki proseslərə təsiri və digər istiqamətlərdə maarifləndirmə işlərinin aparılmasıdır. Gənclərin bəziləri ailənin əhəmiyyətini anlamırlar. Bu gün ailə qurub, sabah boşanırlar. Bu da əlavə problem yaradır. Bu məsələyə cəmiyyət müxtəlif reaksiyalar versə də, bu fondun yaradılması məsələni həll edəcək? Düşünürəm ki, xeyr. Əlavə problemlər yarada bilər. Ona görə ciddi düşünüb qərar qəbul etmək lazımdır".

 

Son illər boşanmaların sayının artmasına gəlincə, deputat boşanmaların artmasının ciddi problem olduğunu qeyd edib: "Həqiqətən narahatedici vəziyyətdir. Cəmiyyətdə sürətli formada gedir. Düşünürəm ki, baş verən deqradasiyanın, mənəvi aşınmanın cəmiyyətdəki proseslərə ciddi təsiri var. Ona görə bu məsələdə həmin məqamı nəzərə almalıyıq. Gənclər şüurlu şəkildə nikaha daxil olmalıdırlar. Onlara izah olunmalıdır ki, ailə nə üçündür. Necə gəldi ailə qurmalı deyillər".

 


OXŞAR XƏBƏRLƏR

“Ağca qız” qalmaqalı: Nağıl premyerası ləğv edildi

“Disney” mübahisəli uyğunlaşmaya reaksiya verməmək üçün Böyük Britaniyada “Snow White” (Ağca qız) premyerasını keçirmək planlarından imt...

Təsadüfi 4 dollarlıq alış kişiyə 2,2 milyon dollar qazandırdı - TƏFƏRRÜATLAR

1980-ci illərin sonlarında Pensilvaniyada (ABŞ) bit bazarına gələn adi alıcı təsadüfi alış sayəsində qəflətən varlanıb. O, yalnız çərçivəsinə görə diqqətini çək...

Ərdoğan: 40 ildir davam edən terror bəlasından xilas olmağa çox yaxınıq

Türkiyə 40 ildir davam edən terror bəlasından xilas olmağa çox yaxınıq.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştə...

Heydər Əliyev Mərkəzində italyan heykəltaraşın sərgisi açılıb - FOTO

Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Kartanın (Giuseppe Carta) “Təbiətin nemətləri” (“Gifts of nature”) adlı...

Biləsuvar sakini naməlum şəraitdə güllələndi

Biləsuvar rayonunda ov tüfəngindən güllə yarası alan kişi ölüb.   Sfera.az-ın məlumatına görə, hadisə Təzəkənd kəndində qeydə alınıb.   Be...

Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı

“Statcounter” beynəlxalq şirkəti Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin statistikasını təqdim edib. Belə ki, 2025-ci ilin fevralında...