Qarlı havaya görə 3 milyon manata yaxın sığorta ÖDƏNİŞİ EDİLƏCƏK

Qarlı havaya görə 3 milyon manata yaxın sığorta ÖDƏNİŞİ EDİLƏCƏK

Azərbaycanın sığorta şirkətləri fevralın sonu - martın əvvəl qeydə alınmış qarlı hava şəraitində baş vermiş sığorta hadisələrinə görə 3 milyon manata yaxın ödəniş etməyi planlaşdırır.
 

Bu barədə Sfera.az-a "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyindən bildirilib.
 

"Məlum olduğu kimi, 21 fevral-2 mart tarixlərində ölkə ərazisində qeydə alınmış intensiv qarlı və şaxtalı hava şəraitində bir sıra hadisələr qeydə alınıb. Həmin hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz əmlaklara zərər dəyib. Yerli sığorta bazarı iştirakçılarından alınan son dəqiq məlumatlara görə, ümumilikdə 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 4 414 müraciət daxil olub. Bu müraciətlərin 3 721-i “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, 676-sı Kasko sığortası, 17-si isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub.
 

3 215 hadisə üzrə ehtimal olunan zərər məbləği 2 milyon 708 min 396 manat müəyyən olunub, 1 199 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
 

Sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti paytaxt Bakıda qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
 


OXŞAR XƏBƏRLƏR

Bu ay Xıdırlıya 188 ailə köçürüləcək

Ağdamın Xıdırlı kəndinə köç üçün işlərə başlanılıb.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında x...

Cəlilabadda meşədə yanğın davam edir

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə mə...

"Namiq Qaraçuxurluya "yox" dediyim üçün peşmanam, böyük səhv etdim"

Müğənni İradə İbrahimova maraqlı etiraf edib.   Sfera.az xəbər verir ki, o, Namiq Qaraçuxurlunun "Cavanlıq səhvi" mahnısından danışan ifaçı...

Davranışlar gələcək nəsillərə ötürülə bilir - YENİ TƏDQİQAT

Elm adamları epigenetika sahəsində apardıqları son araşdırmalarda maraqlı nəticələr əldə ediblər.    Sfera.az xəbər verir ki, insanın qidalanma ...

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. &nb...

"Azər Türk Bank" birinci yarım ili yüksək göstəricilərlə başa vurdu

Dövlət bankı "Azər Türk Bank"ın 01 iyul 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2% artaraq, 1,9 milyard manat səviyyəs...