Logo

Hökumətin hesabatı Milli Məclisə daxil oldu

Hökumətin hesabatı Milli Məclisə daxil oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə daxil olub.

Sfera.az xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edəcək.

Hesabatın gələn həftə ərzində keçiriləcək qanunverici orqanın plenar iclasında təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hesabatda hökumətin ötən il gördüyü işlər, Nazirlər Kabenetinin fəaliyyəti yer alır.

Xatırladaq ki, "Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanununun 1-ci maddəsinə uyğun olaraq Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyətləri barədə hesabat verir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR