Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"


Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"

Quba Rayon Mərkəzi Xəstəxanasında 34 yaşlı qadının sanitar qovşaqda yeni doğulmuş körpəsini öldürməyə cəhd etməsi faktı ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma davam edir.

 

Sfera.az xəbər verir ki, ananın öz uşağını öldürmək istəməsini xəstəxananın tibb personalından bir əməkdaş iddia edib.

 

Həmin əməkdaşın sözlərinə görə o, sanitar qovşağa daxil olanda, ananın sanitar qovşaqdakı şlanqla körpəsini öldürmək istədiyini görüb. Ana isə öz ifadəsində əksini deyir. Bildirir ki, həmin şlanqla uşağı çimizdirmək istəyib.

 

Tərəflərin ifadələrinə və digər təfərrüatlara hüquqi qiymət araşdırmaların sonunda veriləcək.

 

Onu da qeyd edək ki, yeni doğulmuş uşağın vəziyyəti stabildir. (Bizim.Media)


OXŞAR XƏBƏRLƏR

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...

Rusiyada öldürülən qardaşların meyiti Bakıya gətirildi

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.   Sfera.az xəbər verir ki, “Ural Hav...

Rusiyada öldürülən qardaşların dəfn yeri açıqlandı

Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar-Ziyəddin və Hüseyn Səfərov Ağcabədidə dəfn ediləcək.   S...

"Ailəli olduğum vaxtlar ən ağır dövrüm idi" - Aynişandan etiraflar

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva həyatı ilə bağlı etiraflar edib.   Sfera.az xəbər verir ki, bloger bir müddət əvvəl a...

Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi yenidən ekspertiziya göndəriləcək

İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlın...

Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTO

Baş prokurorun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəye...