"Reina" terrorçusu təlimatı ondan alıbmış...
Cəmiyyət
12:46 / 23.01.2017
745
"Reina"da Yeni il gecəsi 39 adamı qətlə yetirən, 17 gün sonra Esenyurtdakı İŞİD-çilərin gizləndiyi evdə tutulan terrorçu Abdülqadir Maşaripovun dindirilməsi davam edir.
BiG.AZ xəbər verir ki, Maşaripovun terror aktından əvvəl İstanbulda təmasının olduğu kəslər müəyyən edilib.
Özbək əsilli terrorçu Maşaripovun əlaqələrini araşdıran polis Konyada yeni bir ad aşkar edib.
Bu şəxs Abdülmalike Kade adlı İŞİD üzvüdür.
Aparılan araşdırmada Abdülmalike Kadenin İŞİD üçün çox əhəmiyyətli şəxs olduğu təyin olunub.
Maşaripovun Konyada Abulizinin yanında olduğu müddətdə Abdülmalike Kade də Konyada olub.
Onun Türkiyəyə nə vaxt, haradan və necə girdiyi hələ tam olaraq müəyyən edilməyib.
Kade Abulizi ilə əlaqəsi olduğu üçün orada, eyni zamanda, Maşaripovla da tanış olur. Bir müddət Konyada qalan Kade Maşaripovun İstanbula gedişinə qədər şəhərdə qalıb.
Hal-hazırda yalnız şəxsiyyəti müəyyən edilən Abdülmalike Kade "Reina" terrorçusu Maşaripovun 15 dekabrda yola çıxmasıyla Konyadan gedib.
Maşaripovun İstanbula çatmasını gözləyən Kadenin 20 dekabrda Konyadan çıxaraq Suriyaya getdiyi təyin olunub.
Araşdırmalarda özbək terrorçu un İstanbuldaykən terrordan əvvəlki günlərdə Abdülmalike Kade ilə telefonla əlaqə saxladığı təsbit edilib.
Kadenin İŞİD-in Suriyadakı rəhbərliyi ilə Türkiyədəki adamları arasında vasitəçi ola biləcəyi iddia edilir. İŞİD-in Türkiyədə olan üzvü Abuliziyə pul və təlimat göndərilməsində Kadeyidən istifadə etdiyi deyilir.
Maşaripovun Rakkadan məhz Abdülmalike Kadedən son təlimatları aldığı ehtimal edilir.
mənbə: milli.az