Logo

Mətləb Əsgərə vəzifə verildi - FOTO

Mətləb Əsgərə vəzifə verildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil Texnologiyaları Mərkəzində yeni təyinat olub.

Bu barədə Sfera.az-a ARTİ-dən məlumat verilib.

Belə ki, Mətləb Əsgər ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzinə direktor müavini təyin olunub.

Mətləb Əsgər bakalavr təhsilini 2005-2009-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin "Dövlət və bələdiyyə idarəetməsi", magistratura təhsilini isə İngiltərənin Leicester Universitetində "İnsan resurslarının və təlimlərin idarə edilməsi" ixtisası üzrə alıb.

O, 2012-2024-cü illərdə SOCAR-ın müxtəlif idarələrində insan resursları, işə qəbul, öyrənmə və təlimlərin idarə edilməsi sahələrində, 2024-cü ildə isə Yaponiyanın "SANKYU" şirkətində təlim üzrə menecer vəzifəsində çalışıb.

Bu günə kimi xaricdə sahəsi üzrə 20-dən çox beynəlxalq təlimdə iştirak edib.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR