"Unibank" və UNEC arasında əməkdaşlıq memorandumu imzalandı

"Unibank" və UNEC arasında əməkdaşlıq memorandumu imzalandı

“Unibank” KB ASC ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

“Unibank”ın İdarə heyətinin sədri Fərid Abuşovla UNEC rektoru, professor Ədalət Muradov arasında imzalanan memorandum bankla universitet arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya texnologiyalarının tətbiqi, birgə seminar, treyninq, konfrans və digər tədbirlərin təşkili, bankda tələbələrə təcrübə imkanının yaradılması, sosial layihələrin işlənməsi və digər istiqamətləri nəzərdə tutur.

 

Əməkdaşlıq memorandumunu yüksək qiymətləndirən "Unibank" sədri Fərid Abuşov, UNEC-lə əməkdaşlığın perspektivlərini qeyd edərək, bankın universitet tələbələrinin peşəkar mütəxəssis kimi yetişməsində, bank əməkdaşı bacarıqlarının öyrədilməsində dəstək olacağını qeyd edib. Fərid Abuşov bildirib ki, ölkə bank sektorunda ən yaxşı bank məktəbləri sırasında olan Unibank, peşəkar bank əməkdaşlarının yetişdirilməsində uzun illərə dayanan təcrübəyə malikdir. Əməkdaşlıq memorandumu UNEC tələbələrinin öz təhsil biliklərini bu dəyərli təcrübə əsasında daha da dərinləşdirməyə imkan yaradacaq.

 

UNEC haqqında ətraflı məlumat verən rektor Ədalət Muradov, universitetdə son illərdə həyata keçirilən yeniliklərdən, universitetin hədəflərindən söz açıb. Real sektorla birbaşa ünsiyyətin əmək bazarının öyrənilməsi və təhsilin bu tələblərə uyğunlaşdırılması baxımından vacibliyini vurğulayan rektor, bu əməkdaşlığın hər iki qurumun fəaliyyətinə müsbət təsirinin olacağına inandığını bildirib. “Unibank”la əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən rektor, maliyyə sektoru ilə universitetin uzun müddətdir davam edən sıx əməkdaşlıqları və bu istiqamətlərdə görülən işlər barədə məlumat verib. Görüşdə gələcəkdə həyata keçirilməsi mümkün olan birgə layihələrdən də danışılıb.

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...