Bu evdə yalnız bir nəfər sağ qaldı, o da şəhidin qardaşı...


Bu evdə yalnız bir nəfər sağ qaldı, o da şəhidin qardaşı...

Ötən gün axşam saatlarında Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni - 56 yaşlı atası Məcnun, 52 yaşlı anası Gülnaz Ağayeva dəm qazından zəhərlənərək vəfat edib.

 

Bu gün hər iki mərhumun cənazəsi onların qohumlarının, yaxınlarının müşayiəti ilə yaşadıqları evdən götürülərək dəfn olunub.

 

Ağayevlər ailəsi dörd nəfərdən ibarət olub.

 

Ötəngünkü faciədən sonra ailədə bir nəfər sağ qalıb, o da şəhidimizin əkiz qardaşı.

 

Dəfndə iştirak edən yaxınları ailənin sağ qalan yeganə üzvü - şəhidin qardaşının xəstə olmadığını açıqlayıblar.

 

"Şəhidin anası xəstəxanada işləyirdi, amma atası işsiziydi. Mərhumların yaşa görə xəstəlikləri vardı. Amma sağ qalan oğulları, yəni şəhid Vahidin əkiz qardaşı, deyilənlərin əksinə, sağlam insandır", - şəhidin bibisi oğlu Alişan Qədirli bildirib.

 

Respublika Qadınlar Cəmiyyətində həssas təbəqələrlə iş departamentinin müdiri, Maştağa sakini Vəfa Hüseynova açıqlamasında şəhid qardaşını himayət etməkçün əllərindən gələni edəcəklərinə söz verib.

 

Qeyd edək ki, şəhid Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-də Maştağa qəsəbəsində anadan olub. Vətən müharibəsində Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb. 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Vahid subaymış./Teleqraf


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...