Fuad Nağıyevə verilən şiddətli töhmətin SƏBƏBLƏRİ


Fuad Nağıyevə verilən şiddətli töhmətin SƏBƏBLƏRİ

Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsi onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlıdır.

 

Sfera.az Lent.az-a istinadən məlumat verir ki, Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən "Transparency İnternational" təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib.

 

Onu qeyd etmək yerinə düşər ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər "Transparency İnternational" təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Onların bu agentlikdə söz sahibinə çevrilməsi barədə deyilənlərə heç də təəccüb etmək lazım deyil.

 

Rəna Səfərəliyevanın anası Zemfira Verdiyeva uzun illər Azərbaycan Dillər Universitetinin rektoru olub. Zemfira Verdiyevanın adı ilə xeyli sayda qalmaqallar bu təhsil müəssisəsinin nüfuzuna əsaslı zərbə vurub.

 

Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Təbii ki, bütün bunlar da dövləti cinayətdir.

 

Qeyd olunur ki, məsələ ilə bağlı cinayət işi açılması gözlənilir. Məlumata görə, Fuad Nağıyev başda olmaqla qurumda işləyən bir sıra şəxslərin istintaqa cəlb ediləcəyi istisna olunmur.


OXŞAR XƏBƏRLƏR

Özünü təbiətdə itirmək üçün 13 min dollar ödədi - FOTO

Amerikalı Ester Spanqler qeyri-adi səyahətə çıxıb. Belə ki, o, Mərakeş dağlarında tək qalmaq üçün dəbdəbəli səyahət şirkətinə 13 min dollar ödəyib. Bu təcrübə o...

Özü hazırladığı içkidən sonra dərisi maviyə çevrilən adam - FOTO

Bəzi insanlar sağlam olmaq üçün alternativ üsullara əl atırlar. Ancaq bəzən bu üsullar gözlənilməz nəticələrə səbəb ola bilər. ABŞ-da yaşayan bir kişi gördüyü r...

Bir ailə çardaqda yüzlərlə nadir zinət əşyası tapdı - FOTO

Hinamatsuri festivalı zamanı istifadə edilən nadir Yapon bəzəklərindən ibarət unikal kolleksiya Böyük Britaniyanın Hempşir əyalətindəki evlərdən birində tapılıb...

Sərnişin təyyarəni birbaşa uçuş-enmə zolağında saxlamağa çalışıb

Çilinin Puerto Montt şəhərindəki El Tepual Beynəlxalq Hava Limanında 29 yaşlı kişi uçuş-enmə zolağına çıxaraq təyyarənin qalxmasının qarşısını almaq üçün onun q...

Məşhur aktyor üz iflici keçirdi - son vəziyyəti - FOTO

Yeşilçam kino sənayesinin ulduz simalarından biri olan İlyas Salmanın bərbərdə çəkilmiş görüntüsü gündəm olub. Məşhur aktyorun üz iflici keçirdiyi və danışmaqda...

Vardanyanın vatsap yazışmaları nümayiş etdirildi

Azərbaycanın Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələr...