Yol nişanlarındakı Nardaran adı niyə "Sea Breeze"ə dəyişdirilib? - FOTOLAR

Yol nişanlarındakı Nardaran adı niyə "Sea Breeze"ə dəyişdirilib? - FOTOLAR

Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək "Sea Breeze" adının yazılması müzakirələrə səbəb olub. Belə ki, həmin istiqamətlərdə yol nişanlarında yalnız qəsəbə adları qeyd olunub, təkcə "Sea Breeze" istisnadır. Üstəlik, "Sea Breeze" lövhələrdə Azərbaycan dilində olmayan yeganə addır. Daha bir sual isə odur ki, Nardaranda yerləşən "Sea Breeze" adını qəsəbənin adını silmədən yazmaq mümkün deyildimi?

 

Sfera.az axar.az-a istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məsələyə aydınlıq gətirib.

 

Qurumdan bildirilib ki, məlumat lövhələrinin əsas funksiyası sürücülərə istiqamət vermək və hərəkəti tənzimləmək olduğundan əsas cəlbetmə məntəqələrini və hərəkət istiqamətlərini göstərmək proritet hesab edilir:

 

"Lövhələrdə cəlbetmə məntəqəsi olan "Sea Breeze" yaşayış və turizm kompleksi də göstərilib. Bu, həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır. Dünyada da oxşar nümunələr mövcuddur. "Sea Breeze" ifadəsi bir ərazi adı olduğu üçün tərcümə edilməyib və lövhələrdə orijinal formada qeyd edilib. Bu cür adlar çox vaxt məkanın orijinal adını qorumaq və tanınmağını təmin etmək məqsədilə tərcümə edilmir".

 

Nardaran adının silinməsinə isə AYNA-nın cavabı belədir: "Həmin istiqamətdə Nardaran, Pirşağı, Fatmayı, Goradil, Novxanı və digər ərazi vahidləri mövcuddur və bu adların hamısının eyni anda məlumat lövhələrində göstərilməsi mümkün olmayıb".

 

Məqaləyə dair fotomateriallar:


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət xüsusi amansızlığı ilə seçilir. Milli, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olm...

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? - AÇIQLAMA

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüks...

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...