Spirtdən daha bir ÖLÜM: Bakıda nömrəsiz maşından meyit tapıldı


Spirtdən daha bir ÖLÜM: Bakıda nömrəsiz maşından meyit tapıldı

Bakıda avtomobildən meyit tapılıb.

 

Sfera.az Lent.az-a istinadən məlumat verir ki, hadisə Yasamal rayonunun 2-ci Alatava yaşayış sahəsində qeydə alınıb.

 

Həmin ünvanda yerləşən avtomobil təmiri sexinin qarşısında dövlət qeydiyyat nişanları olmayan "Hyundai" markalı avtomobilin içərisində naməlum kişi meyiti aşkar edilib.

 

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1987-ci il təvəllüdlü Faiz Vladimiroviç Bastrakov olması müəyyən edilib.

 

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

 

Mərhumun spirtdən zəhərlənərək öldüyü ehtimal edilir. O həmçinin narkotik aludəçisi olub.

 

Ölümün dəqiq səbəblərini müəyyən etmək üçün meyit müayinəyə aparılıb və müvafiq ekspertizalar təyin edilib.

 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, son günlər Bakıda 20-dən çox adam spirtdən zəhərlənərək ölüb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...