Təbiətə 3 milyona yaxın ziyan vurulub - Cinayət işi başlanıldı

Təbiətə 3 milyona yaxın ziyan vurulub - Cinayət işi başlanıldı

Sabirabad və Tərtər rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırmalar aparılıb.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, araşdırma zamanı Sabirabad rayonunda “Azera Toxumçuluq” MMC, “Aran Agro” MMC və digər hüquqi şəxslərin vəzifəli şəxsləri, Tərtər rayonunda isə fiziki şəxlər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydaya zidd olaraq çoxlu sayda yaşıllıqların, o cümlədən ağac və kolların məhv edilməsi nəticəsində təbiətə 3 milyon manata yaxın ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

 

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi külli miqdarda ziyan vurduqda) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilib


OXŞAR XƏBƏRLƏR

İki saatda 40 dollar qazanır: Vizajist görüşə tələsən qızlara metroda makiyaj edir - FOTO

Deng Qiqi adlı çinli qadın Chongqing şəhərindəki sıx Shapingba metro stansiyasında qeyri-adi biznesini açıb. Belə ki, o, görüşə gedən müştərilərə sürətli makiya...

44 illik sükut: Uzun illər sonra DNT testi ilə ailə sirlərini açdı

Nyu Cersi ştatının Camden şəhərindən olan 29 yaşlı Roberta Michels-Hopkins 1981-ci ildə siqaret almağa çıxandan sonra yoxa çıxıb. O vaxtdan bəri ondan xəbər olm...

Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir.   Sfera.az xatırladır ki, Od çərşənbəsi Novruz bayramına hazırlıq çərşənbələrinin ikincisidir və xalq inanclarına görə,...

“Kosmos Gəmisinə" mindikdən sonra yoxa çıxdı - FOTO

1980-ci ilin noyabrında Kanadalı həvəskar Qrancer Teylor müəmmalı şəraitdə yoxa çıxıb. İtkin düşməmişdən əvvəl o, yadplanetlilərlə ulduzlararası səyahətə çıxdığ...

Şəhid ailəsində faciə - Ana və atası dəm qazından vəfat etdi

Bu gün axşam saatlarında Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni dəm qazından vəfat edib.    Sfera.az xəbər verir ki, bu barədə...

Hikmət Hacıyev Litva səfiri ilə bu məsələləri müzakirə etdi

Litvanın Azərbaycan və Türkmənistandakı səfiri Keştutis Vaskaleveçius Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələlər...