İKTA 2024-cü il üçün hesabatını açıqladı


İKTA 2024-cü il üçün hesabatını açıqladı

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2024-cü ildəki fəaliyyətinə dair hesabatını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, hesabatda qurumun ötən il ərzində gördüyü işlər haqqında geniş bəhs edilib.

 

Sənəddə, həmçinin icrasına ötən il başlanmış və davam edən layihələr, eyni zamanda qarşıdakı dövr üçün nəzərdə tutulan təşəbbüslərə geniş yer verilib.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində tənzimləyici qurum təsis edilib.

 

İKTA-nın Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib və 2022-ci ilin dekabr ayından funksional fəaliyyətə başlayıb.

 

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir


OXŞAR XƏBƏRLƏR

İki saatda 40 dollar qazanır: Vizajist görüşə tələsən qızlara metroda makiyaj edir - FOTO

Deng Qiqi adlı çinli qadın Chongqing şəhərindəki sıx Shapingba metro stansiyasında qeyri-adi biznesini açıb. Belə ki, o, görüşə gedən müştərilərə sürətli makiya...

44 illik sükut: Uzun illər sonra DNT testi ilə ailə sirlərini açdı

Nyu Cersi ştatının Camden şəhərindən olan 29 yaşlı Roberta Michels-Hopkins 1981-ci ildə siqaret almağa çıxandan sonra yoxa çıxıb. O vaxtdan bəri ondan xəbər olm...

Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir.   Sfera.az xatırladır ki, Od çərşənbəsi Novruz bayramına hazırlıq çərşənbələrinin ikincisidir və xalq inanclarına görə,...

“Kosmos Gəmisinə" mindikdən sonra yoxa çıxdı - FOTO

1980-ci ilin noyabrında Kanadalı həvəskar Qrancer Teylor müəmmalı şəraitdə yoxa çıxıb. İtkin düşməmişdən əvvəl o, yadplanetlilərlə ulduzlararası səyahətə çıxdığ...

Şəhid ailəsində faciə - Ana və atası dəm qazından vəfat etdi

Bu gün axşam saatlarında Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni dəm qazından vəfat edib.    Sfera.az xəbər verir ki, bu barədə...

Hikmət Hacıyev Litva səfiri ilə bu məsələləri müzakirə etdi

Litvanın Azərbaycan və Türkmənistandakı səfiri Keştutis Vaskaleveçius Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələlər...