Məhkəmə cərimələdi, qərarı isə nazirlik verəcək

Məhkəmə cərimələdi, qərarı isə nazirlik verəcək

Bakının Yasamal Rayon Məhkəməsində qalmaqallı "Laser Beauty Estetik Klinika"sı ilə bağlı məsələyə baxılıb.

 

Sfera.az teleqraf-a istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən, estetik klinika 8000 manat cərimələnib.

 

"Laser Beauty Estetik Klinika"sının lisenziyasının ləğv olunması məsələsinə isə baxılmayıb. Bildirilib ki, bununla bağlı İqtisadiyyat Nazirliyi qərar verəcək.

 

Xatırladaq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən yanvarın 22-dən 23-dək klinikada yoxlamalar aparılıb, müəssisənin lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti göstərilməsi aşkar olunub.

 

Müəssisədə yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, "cərrahi-stomatoloji", "rentgenoloji", "diş texniki" işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Həmçinin, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.

 

Fevralın 14-də Səhiyyə Nazirliyi "Lazer Beauty Klinikası"nın lisenziyasının dayandırılması ilə bağlı İqtisadiyyat Nazirliyinə məktub göndərib. Eyni zamanda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "Lazer Beauty Klinikası"nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdi.

 


OXŞAR XƏBƏRLƏR

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib....

Bu kokteyllər risklidir? - AÇIQLAMA

Yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar insanlar sərinlədici içkilərə daha çox üstünlük verirlər. Xüsusilə də küçələrdə, yol kənarları...