Fevralda azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib

Fevralda azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib
Kateqoriya məlum deyil
T

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə fevral ayı üzrə məlumat açıqlanıb.

 

ANAMA-dan Sfera.az-a verilən məlumata görə, azad olunan ərazilərdə fevral ayı ərzində 123 tank əleyhinə mina, 305 piyada əleyhinə mina, 1 078 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

 

Bildirilib ki, 2 862,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR