10 mart qeyri-iş GÜNÜDÜR?

Cəmiyyət
12:13 / 03.03.2025
2477
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Sfera.az xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü həftənin şənbə gününə təsadüf etdiyi üçün martın 10-u qeyri-iş günü olmalı idi, lakin dəyişiklik nəticəsində 10 mart 2025-ci il tarixi iş günüdür.
Qeyd edək ki, 20-31 mart tarixləri arasında ölkədə ardıcıl qeyri-iş günləri olacaq.