Bu şəxslərə 1200 manat pul veriləcək - RƏSMİ

Bu şəxslərə 1200 manat pul veriləcək - RƏSMİ

Nazirlər Kabineti “Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi” Qaydasını təsdiq edib. Yeni sənəd rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını və şərtlərini müəyyən edir.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclsin deputatı, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

 

O bildirib ki, sənədə əsasən, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 manat məbləğində aylıq pul kompensasiyası ödənilir:

 

“Qaydaya əsasən rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün bu 125 manat ödəniləcək. Əmək Məcəlləsinə əsasən, işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunanlara ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir, yəni, aylıq 375 manat ödənilir.

 

Rotasiya olunanlara minimum aylıq əməkhaqqının 3 misli məbləğində, yəni 1200 manat birdəfəlik ödənişin verilməsi də nəzərdə tutulur. Bu vəsait köç və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir”.

 

V.Bayramov yeni qaydanı keyslər üzərindən izah edib:

 

“Birinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Bərdə rayonunda işini davam etdirir və onun ailəsinin 4 üzvü var. Bu zaman həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 625 manat (250 manat + 125 manat X 3) aylıq kompensasiya ödənilir. Bu kompensasiya maaşdan əlavə ödənilən vəsaitdir.

 

İkinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Füzuli şəhərində, yəni işğaldan azad olunan ərazimizdə işini davam etdirir. Bu halda həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 937.5 manat (250 manat + 125 manat X 3 X 1.5) aylıq kompensasiya ödənilir. Bu kompensasiya da maaşdan əlavə ödənilən puldur”.

 

Millət vəkili qeyd edib ki, kompensasiyaların verilməsində əsas məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Almaniyada terror aktı: Sürücü avtomobili insanların üstünə sürüb - VİDEO

Almaniyanın Mannheim şəhərində terror aktı törədilib. Avtomobil izdihamın üstünə çırpılıb.   Sfera.az xəbər verir ki, sərnişin avtomobilində olan naməl...

Dəhşətli ailə faciəsi: Ər arvadını və 3 övladını qətlə yetirib, sonra...

İstanbulun Avcılar rayonunda dəhşətli ailə faciəsi baş verib. Bir kişi həyat yoldaşı və üç övladını odlu silahla qətlə yetirdikdən sonra özünə qəsd edib. &nb...

Ramazanın 4-cü gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının dördüncü günüdür.   Sfera.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsa...

Türkiyənin Ankara şəhərində ağır yol qəzası: yaralılar var

Türkiyənin Ankara şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, hadisə Gölbaşı rayonunda qeydə alınıb.    Sürü...

Qadın babasının İkinci Dünya Müharibəsindəki rolu ilə bağlı inanılmaz sənədlər tapdı

Bu yaxınlarda babasını (Ellsworth Rose) itirən 34 yaşlı Kira Şişko onun 1940-cı illərin sonlarına aid köhnə tərcümeyi-halını tapanda gözlərinə inana bilməyib. B...

İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI

Martın 4 və 5-də Yeri G1 səviyyəli maqnit qasırğası əhatə edəcək.   Sfera.az bildirir ki, bu proqnozu Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomi...