Sumqayıtda avtobus yandı - VİDEO

Cəmiyyət
21:10 / 01.03.2025
3765
Sumqayıt şəhəri, S.Vurğun küçəsində avtobusda yanğın baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “Mitsubishi” markalı avtobusun mühərrik hissəsində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtobusun mühərriki və salon hissəsi qismən yanıb.
Avtobusun digər hissələri yanğından mühafizə olunub.