Logo

AYAQLARDAKI PİS QOXUNU YOX EMƏK ÜÇÜN ÜÇÜN TƏBİİ VASİTƏLƏR

AYAQLARDAKI PİS QOXUNU YOX EMƏK ÜÇÜN ÜÇÜN TƏBİİ VASİTƏLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qış aylarında ayaqlarınıza necə baxmalısınız?

Ayaqlardakı pis qoxunu önləmənin yolları nələrdir?

Ayaq baxımının açıq ayaqqabı geyildiyi üçün yaz aylarında əhəmiyyətli olduğu düşünülsə də  qış aylarında bağlı ayaqqabılar içində qalan ayaqlar daha çox baxım istər. Ayaqqabı içində tərləyən ayaqlar  dərhal  iy verməyə başlayır.

Qış aylarında ayaqlarınıza necə baxmalı, bakteriyalarla necə mübarizə aparmalısınız?

Ağız yaxalayıcılar

Ağız qoxusunu yox etmək üçün istifadə etdiyiniz ağız yaxalayıcıları  ayaqlarınız üçün də işə yaraya bilər. Onlar həm ölü dəriləri, həm də bakteriyaları yox edir. Ağız yaxalayıcısının içində ayaqlarınızı 10 dəqiqə vanna edin.

Çay sodası

Ayaqlarınızın tərləməsi və tər iy verməsini önləyən ən təsirli  məhsuldur. Soda, PH tarazlığını təmin edir, ayaqları quru tutaraq bakteriyaların çoxalmasını önləyir. Ayaqqabılarınızın içinə karbonat səpməniz kifayətdir. Gecələri evə gəldiyinizdə geydiyiniz ayaqqabılara tətbiq edin.

Lavanda

Ayaqlarınıza pedikür etdiyiniz zaman pedikür suyuna bir neçə damla lavanda yağı damladın. İnanılmaz gözəl bir qoxunun yanında ayaqlarınızı rahatlaşdıracaq  və əhəmiyyətli "antifunqal"göbələk infeksiyasını yox edəcək.

Sirkə

Sirkə, mətbəxdə, saç dərisi qaşınmasında, parlaq saçlar üçün olduğu qədər, ayaq pəncələri üçün də  çox faydalıdır. Ayaq qoxusunun yox edilməsi üçün ilıq suyun içinə bir qədər alma və ya üzüm sirkəsi tökün. Ayaqlarınızı 15 dəqiqə müddətlə içində vanna edin.

Daban  daşı

Ayaqlarınızın zaman zaman ölü dərilərdən təmizlənilməsi lazımdır. Dəri üzərində olan ölü dərilər, ayaq qoxularına səbəb olur. Bunun üçün həftədə ən az bir dəfə daban daşı ilə ayaqlarınızın altını  və topuqlarınızı ovun.

Epsom (ingilis) duzu

İllərdir ingilis duzu olaraq da bilinən epsom duzları ağrıyan əzələləri yumşaltmaq üçün evlərdə dərman olaraq istifadə edilir.

Suyun içinə qarışdıracağınız epsom duzları ilə ayaqlarınızı rahatlaşdıracağınız kimi, bakteriya və göbələkləri də yox edə bilərsiniz.

Limon

Topuqlarınızın sitrus meyvələri kimi yumşaq olmasını istərsinizmi? Yarım ilom ilə ayaqlarınızı ovun. Həm ayaq qoxunuz gedəcək, həm də ayaqlarınızın üzərində olan ölü dərilər yox olacaq.

Qara çay

Qara çayda əhəmiyyətli antibakteriyel maddə olan tanik turşusu var. Dəmlədiyiniz çayın içində ayaqlarınızı 30 dəqiqə boyunca saxlayın. Ayaq qoxularınızın yox olması üçün bunu həftədə üç dəfə edin.

Adaçayı

Bitki mənşəli dərmanlar bir çox çarəyə dərmandır. Adaçayını dəmləyin. Həqiqətən anti-inflamatuar faydalarını almaq üçün ayaqlarınızı adaçayı və su qarışığı içində 30 dəqiqə boyunca saxlayın.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR