Bu gün AZƏRTAC-ın 105 yaşı tamam olur

Bu gün AZƏRTAC-ın 105 yaşı tamam olur

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 105 yaşı tamam olur.

 

Sfera.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1920-ci il martın 1-də yaradılan AZƏRTAC sonralar sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib.

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentlik özünün tarixi adını qaytarıb. Belə ki, 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf

 

Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlanıb.

 

AZƏRTAC rəsmi məlumatlarla bərabər, fasiləsiz olaraq səkkiz dildə - Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.

 

AZƏRTAC-ın Videosaytı və Uşaq Bilik Portalı da fəaliyyət göstərir.

 

Elm və təhsil redaksiyasının müdiri Gözəl Ağayeva bildirib ki, AZƏRTAC 105 ildə Azərbaycanın salnaməsini yazıb:

 

"Ötən illər ərzində redaksiyamızın yayımladığı xəbər və fotoları biryerə toplamaq olsaydı, Azərbaycan xalqının bütöv bir dövrünün müxtəlif mərhələlərini görə bilərdik. AZƏRTAC qocaman informasiya agentliyi olsa da, xəbərləri gənclik enerjisi ilə yayır".

 

AZƏRTAC foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından beş dildə videoxəbərlər hazırlayır, onları azertag.az saytı, xəbər bülletenləri, həm də sosial şəbəkə hesabları (agentliyin müxtəlif dillərdə və fərqli profilli ümumilikdə 30 sosial şəbəkə səhifəsi var) vasitəsilə yayır.

 

Agentliyin Multimedia və videoxəbər xidməti isə "Gəzdim Azərbaycanı", "Abidələrimiz", "Dünya şəhərləri" və digər bir sıra layihələr hazırlayır.

 

Bundan əlavə, AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 5 qitədə fəaliyyət göstərən agentliklərlə informasiya mübadiləsi aparır. Həmçinin beynəlxalq və regional media təşkilatları çərçivəsində "Associated Press", "Reuters", "Press Association", DPA, "Sinxua" və bir sıra digər nüfuzlu xəbər yayımçıları ilə əməkdaşlıq edir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) fəal üzvlərindən biridir. 2016-cı ildən 2019-cu ilədək Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya eyni vaxtda sədrlik etməklə adını dünya media tarixinə yazdırıb. Ötən il isə İstanbulda Türk Xəbər Agentlikləri Birliyinin (ATNA) təsis Baş Assambleyasında AZƏRTAC ATNA-nın baş katibi seçilib.

 

Sfera.az  AZƏRTAC-da çalışan həmkarlarını təbrik edir, yeni uğurlar arzulayır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...