DYP açıqladı: qarlı və buzlu havada ən təhlükəli yollar…

DYP açıqladı: qarlı və buzlu havada ən təhlükəli yollar...
Kateqoriya məlum deyil
T

Qarlı və buzlu hava şəraitində bəzi yollar daha təhlükəlidir.

 

Sfera.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev həmin yolları sürücülərə izah edib və tövsiyə verib:

 

Körpülər və yol ötürücüləri – Havanın təsirinə daha çox məruz qaldıqları üçün tez donur.

 

Tunellərdən çıxış hissələri – Temperatur fərqi səbəbindən burada gizli buzlanma ola bilər.

 

Dönüşlər və enişli-yoxuşlu yollar – Sürüşmə riski yüksəkdir.

 

Yol qovşaqları və dairəvi kəsişmələr – Avtomobillər tez-tez dayanıb-hərəkət etdiyinə görə buzlanma ehtimalı artır.

 

Svetoforlu və svetoforsuz keçidlər – Sürücülərin tez-tez əyləcdən istifadə etdiyi yerlər olduğu üçün buzlanma ehtimalı böyükdür.

 

Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışları – Sıx hərəkət və dayanma səbəbindən yol səthi buz bağlaya bilər.

 

Avtobus dayanacaqları yaxınlığı – Piyadaların çox olduğu və avtobusların tez-tez dayandığı yerlərdə qəfil sürüşmə riski mövcuddur.

 

Sürücülərə bu sahələrdə daha diqqətli olmaları və ehtiyatla hərəkət etmələri tövsiyə olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR