Bakının bu rayonunda qaz kəsildi

Cəmiyyət
18:45 / 28.02.2025
3009
Bakının Nəsimi rayonunda bir hissəsində qaz təchizatı dayandırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 32 ünvanında D76 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması və qaz xəttinin PE63 mm-lik polietilen qaz xətti ilə əvəz olunması səbəbindən saat 14:00-dan etibarən qaz təchizatı dayandırılıb.
Təmir-bərpa işləri hazırda davam edir. Nəsimi rayonunun 20 Yanvar və 5 mikrorayon ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.