Logo

12 nəfəri müqaviləsiz işlədən vəzifəli şəxsə cinayət işi açıldı

12 nəfəri müqaviləsiz işlədən vəzifəli şəxsə cinayət işi açıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gəncə şəhəri ərazisində əmək hüquqlarının pozulması halları barədə daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Gəncə şəhər prokurorluğundan Sfera.az-a verilən məlumata görə, araşdırma zamanı “Fazil-20” MMC-nin vəzifəli şəxsi tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR