Çarəsi hələ də tapılmayan CÜZƏM xəstəliyi– Azərbaycanda nə qədər belə xəstə var?


Çarəsi hələ də tapılmayan CÜZƏM xəstəliyi– Azərbaycanda nə qədər belə xəstə var?

Azərbaycanda ümumilikdə 15 nəfər cüzəmlı xəstə var.
 

Sfera.az xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, orta göstərici olaraq, cüzəm xəstələrindən son 4 ildə 1 nəfər qocalıq səbəbindən vəfat edib.
 

“Cüzəmli xəstələrlə bağlı statistik məlumatlar daima xəstəxananın nəzarətində saxlanılır. Profilaktika məqsədi ilə xəstəxana tərəfindən mütəmadi olaraq istər stasionar, istərsə də ambulator xəstələrin özləri və yaxın ətrafı ilə daim əlaqə saxlanılaraq baxış keçirilir. Məhz bu səbəbdən aşkarlanan və dünyasını dəyişmiş cüzəmli xəstələrin statistikası daimi aparılır. 1990-cı ildə bu xəstələrin sayı 80 nəfər olub”, - məlumatda qeyd edilib.

 

Lakin xəstələrdən neçə nəfərinin ambulator, neçə nəfərinin stasionar şəraitdə müalicə aldığı qeyd edilməyib.
 

Məlumat üçün bildirək ki, cüzəm xəstəliyi bəşəriyyətin əsrlərdir ən ağır bəlalardan biri kimi qəbul edilir. Bu xəstəlik barədə məlumata hələ eramızdan əvvələ aid yazılı abidələrdə rast gəlinir. 1954-cü ildən etibarən hər il yanvarın sonuncu bazar günü Ümumdünya Cüzəm Xəstələrinə Yardım Günü kimi qeyd edilir.
 

Xatırladaq ki, Azərbaycanda yeganə Respublika Leproz (Cüzəm) Xəstəxanası Bakının Qaradağ rayonu ərazisində Umbakı qəsəbəsinin yaxınlığında yerləşir.


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...