Bu gün bəzi rayonlarda qaz olmayacaq

Cəmiyyət
10:04 / 28.02.2025
1221
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində isə yeraltı qaz xəttində aşkar olunan qaz sızmasının ləğvi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Sfera.az xəbər verir ki, “Azəriqaz”dan verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun R.İsmayılzadə, N.Həşimi, X. Natavan küçələrinin həmçinin Yasamal rayonunun Şəfayət Mehdiyev küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.