Vəkillikdən uzaqlaşdırılmışdı, elektron qolbaq taxıldı

Vəkillikdən uzaqlaşdırılmışdı, elektron qolbaq taxıldı

Bir müddət əvvəl vəkillik fəaliyyəti dayandırılan Tükəzban Aşurovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə açılmış işə Ağcabədi Rayon Məhkəməsində baxılıb.

 

Bildirilib ki, T.Aşurova vətəndaşdan onun həbsdə olan yaxınını azadlığa buraxdıracağı adı ilə 10 min manat pul alıb.

 

Məhkəmə fəaliyyəti dayandırılan vəkilin bu maddə üzrə deyil, dələduzluq əməli cinayəti üzrə (178.2.4-cü maddə) cəzalandırılmasına qərar verib. Onun barəsindəki iş 178.2.4-cü maddəyə tövsif edilib və məhkəmənin hökmü ilə 43 yaşlı hüquqşünasa 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib.

 

T.Aşurovaya elektron qolbaq tətbiq edilib. Onun üzərinə yaşayış yerindən hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri üzrə inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək öhdəlikləri qoyulub.

 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...