Dəfələrlə Ermənistana müraciətə baxmayaraq... - Ombudsman


Dəfələrlə Ermənistana müraciətə baxmayaraq... - Ombudsman

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ankarada Türkiyə Böyük Millət Məclisinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar təşkil edilmiş anım tədbirində iştirak edib.

 

Ombudsman Aparatının mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, müvəkkil tədbirdə çıxışı zamanı Ermənistanın azərbaycanlılara qarşı uzunmüddətli işğal, etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində yüz minlərlə günahsız insanın kütləvi şəkildə qətlə yetirildiyini, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qaldıqlarını qeyd edib. Müvəkkil beynəlxalq hüququn norma və prinsiplərini heçə sayan Ermənistan tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımı hadisəsi barədə ətraflı məlumat verib.

 

Səbinə Əliyeva 33 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən Xocalı soyqırımına hələ də tam siyasi və hüquqi qiymət verilmədiyini qeyd edib, bu faciəyə tam ədalətli qiymət verilməsinin və cinayətkarların məsuliyyətə cəlb olunmalarının vacibliyini vurğulayıb.

 

Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın, o cümlədən Xocalı soyqırımı zamanı 150 soydaşımızın itkin düşdüyünü bildirən ombudsman dəfələrlə Ermənistana müraciət edilməsinə baxmayaraq, həmin şəxslərin taleyi ilə bağlı hələ də dəqiq məlumatın əldə olunmadığını bildirib. O, işğaldan azad edilmiş torpaqlarımızda aparılan tikinti-bərpa və axtarış-qazıntı işləri zamanı kütləvi məzarlıqların aşkar edildiyini, indiyədək 170-ə yaxın insanın şəxsiyyətinin müəyyən olunduğunu qeyd edib.

 

Müvəkkil, həmçinin soydaşlarımızın ötən əsrin müxtəlif dövrlərində indiki Ermənistan ərazilərindən qaçqın düşdüyünü, onların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu, yaşayış məntəqələrinin, tarixi və dini abidələrin məhv edildiyini diqqətə çatdırıb. Ombudsman etnik azərbaycanlıların pozulmuş hüquq və azadlıqlarının, onların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsinin əhəmiyyətini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...