Hansı ərazilərdə mənzil almaq daha sərfəlidir? - VİDEO

Yaxın gələcəkdə paytaxtın bəzi ərazilərindən mənzil almaq daha sərfəli olacaq.
Ekspertlər bildirirlər ki, artan qiymətlər fonunda bir neçə ərazidə daşınmaz əmlakın qiyməti ya stabil qalacaq ya da enəcək.
Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirir ki, ötən illərlə müqayisədə son 1 ildə mənzil bazarında təxminən 15 faiz bahalaşma müşahidə olunur. Bəzi ərazilər var ki, qiymət artımı daha qabarıq hiss olunur.
Elnur Azadovun sözlərinə görə, qiymətlərin artdığı ərazilərlə yanaşı stabil qaldığı və ya ucuzlaşma olan yerlər də var.
Ekspert bildirib ki, qiymətə təsir edən meyarlar çoxdur. Burada tikinti materialları, ərazi, infrastruktur kimi bir sıra amillər nəzərə alınır. Tıxac və bu kimi digər səbəblərlə əlaqədar mərkəzə yaxın ərazilərə tələb çox olduğundan Xırdalan, Masazır, Hövsan kimi ərazilərdə qiymətlərin artmayacağı proqnozlaşdırılır.
Daha ətraflı videomaterialı təqdim edirik.