Logo

Bakıda taksilərin qiyməti fantastik dərəcədə qalxdı

Bakıda taksilərin qiyməti fantastik dərəcədə qalxdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda taksi ilə sərnişin daşıyan şirkətlər qiymətləri qaldırıblar.

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, adi günlərdə 5-7 manata gedilən məsafələrin gedişhaqqı hazırda 26-28 manat arasında dəyişir.

Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 35-40 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 13-17 manat təşkil edirdi.Bundan başqa, fevralın 23-də günün ikinci yarısından Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 15-20 dəqiqə gözləməli olurlar.

Taksi xidməti göstərən operatorlar isə qiymət artımının səbəbləri barədə açıqlama verməyiblər. Görünür bu, Bakıda hava şəraitinin qarlı və şaxtalı keçməsi ilə bağlıdır

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR