Məşhur marşalı “təhqir edən” Əsgərovla bağlı yeni iddia

Cəmiyyət
14:50 / 23.02.2025
10541
“Nə? Harada? Nə vaxt?” yarışmasının oyunçusu Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub.
Sfera.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.
Bildirilib ki, əvvəllər məhkəmə Əsgərovu 3 dəfə cərimələyib:
“2023-cü ilin sentyabr və avqust aylarında məhkəmə icraçıları ona 40 min rubl ödəməyi tapşırıblar. 2024-cü ilin yanvarında isə Əsgərov 50 min rubl cərimə olunub”.
Qeyd edək ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, həmçinin nasizmin reabilitasiyası ilə bağlı cinayət işində də təqsirləndirilir. İstintaq müəyyən edib ki, R.Əsgərov Feysbuk səhifəsində marşal Georgi Jukovun “xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar” dərc edib.