Metropolitendən qarlı hava ilə bağlı açıqlama

Cəmiyyət
14:12 / 23.02.2025
8880
Bakı Metropoliteni QSC qarlı, soyuq havalarda rahat və təhlükəsiz səfərlər üçün sərnişinlərə metrodan istifadəni tövsiyə edir.
QSC-dən Sfera.az-a bildirilib ki, gecədən yağan qar yollarda bir sıra çətinliklər yaratsa da, metro stansiyalarının girişlərində təhlükəsiz hərəkət tam təmin edilib.
Stansiyaların girişi mütəmadi olaraq qardan təmizlənir, sürüşmələrə qarşı pilləkənlərə duz və qum səpilir.
Əlverişsiz havada metroya üz tutanları vaxtında mənzil başına çatdırmaq üçün Bakı metrosu gücləndirilmiş iş rejimində çalışır.