Logo

Gəncədə qaz balonu partlayıb: Xəsarət alanların SON DURUMU AÇIQLANDI

Gəncədə qaz balonu partlayıb: Xəsarət alanların SON DURUMU AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Gəncə şəhərində qaz balonu partlayıb.

1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bu barədə Sfera.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, saat 17 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar:

"Onlara bədənin II dərəcəli termiki yanığı diaqnozu qoyulub. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicələri davam etdirilir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR