İsmayıllı-Muğanlı yolunda avtomobillər yolda qalıb

Cəmiyyət
12:30 / 21.02.2025
9805
Ötən gün yağmağa başlayan qar İsmayıllı-Muğanlı əsas magistral yolunda bir sıra fəsadlara səbəb olub.
Sfera.az Report-a istinadla xəbər verir ki, qeyd olunan ərazidə və İsmayıllı rayonunun Basqal kəndi ərazisində əksəriyyəti sərnişin avtobusu olmaqla, ümumilikdə 50-yə yaxın nəqliyyat vasitəsi yolda qalıb.
Bu gün səhər saatlarında həmin yol təqribən üç saata yaxın bağlı qalıb, sürücülər və sərnişinlər üçün çətin anlar yaşadıb.
Əraziyə aidiyyəti qurumların texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yolda avtomobillərin hərəkəti qismən bərpa olunsa da, güclü qar yağmaqda davam edir.
Yolda qalan avtomobillərin ərazidən çıxarılması istiqamətində zəruri işlər davam etdirilir.