“Uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir”

Cəmiyyət
00:40 / 21.02.2025
12406
“Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir”.
Sfera.az xəbər verir ki, bu haqda Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumatında qeyd olunub.
Bildirilib ki, uçuşların təhlükəsiz və fasiləsiz icrasını təmin etmək məqsədilə hava limanında bütün zəruri tədbirlər görülməkdədir:
“Uçuş-enmə zolaqları və sürmə yolları mütəmadi olaraq xüsusi texnika vasitəsilə təmizlənir və buzlanmaya qarşı xüsusi maddələrlə emal edilir. Bundan əlavə, hava gəmilərinin buzlanmadan qorunması üçün “de-icing” (buzdan təmizləmə) prosedurları tətbiq olunur”.