Logo

Qar, yağış, şaxta...- FAKTİKİ HAVA

Qar, yağış, şaxta...- FAKTİKİ HAVA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Hidrometeorologiya Xidmətinin  fevralın 20-si saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Sfera.az bildirir ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər bölgələrində-Naxçıvan, Şərur,  Şahbuz, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ceyrançöl, Tovuz, Ağstafa, Tərtər, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Şahdağ, Beyləqan, İmişli, Kürdəmir, Zərdab, Neftçala, Sabirabad, Biləsuvar,  Cəlilabad,  Ağsu, Yevlax, Mingəçevir, Yardımlı, Lerik, Ağdam, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlıda qar müşahidə olunur.

Şəmkir, Bərdə,  Lənkəran, Astarada isə yağış yağır.

Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq  isə Neftçalada 20 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Naxçıvan MR-da 2, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti qeydə alınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR