Logo

Sabah rayonlara qar yağacaq

Sabah rayonlara qar yağacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirlyindən bildirilib. Abşeron yarımadaslnda havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti, Bakıda gecə 0-2° isti, gündüz 5-7° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR