ABB korporativ müştərilər üçün mühüm xidməti təqdim etdi

ABB korporativ müştərilər üçün mühüm xidməti təqdim etdi

Azərbaycan Mərkəzi Bankının və Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) birgə təşkilatçılığı ilə SWIFT istifadəçiləri qrupunun görüşü keçirilib. Görüşdə ölkəmizdə fəaliyyət göstərən və SWIFT-in xidmətlərindən faydalanan bankların təmsilçiləri iştirak edib. Tədbir zamanı ABB-nin SWIFT-lə tərəfdaşlıq əsasında ABB Business İnternet Bankçılıq platforması üzərindən korporativ müştərilərin istifadəsinə verdiyi “G4C” xidməti təqdim olunub.

 

Bu, ABB-nin son illər ölkəmizin bank sektoruna gətirdiyi ilklərdəndir. “G4C” xidməti vasitəsilə korporativ müştərilər ölkə xaricindən onlara başqa ölkələrin valyutalarında edilən köçürmələri İnternet Bankçılıqda izləyə, əməliyyatların statusunu mütəmadi nəzarətdə saxlaya bilirlər. Qeyd edək ki, ABB-nin ilk dəfə yaratdığı bu imkana qədər yalnız ölkədən xaricə valyutada edilən köçümələri bu şəkildə izləmək olurdu. İndi isə “G4C” xidməti vasitəsilə həm ölkəyə, həm də ölkədən edilən köçürmələrin statusunu nəzarətdə saxlamaq olar.

 

Görüş zamanı ABB-nin SWIFT-lə əməkdaşlıq çərçivəsində yaxın vaxtlarda müştərilərə təqdim edəcəyi “Pre-validation” və “Swiftref” məhsulları haqqında da
məlumatlar verilib. ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin Sərəncam ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Emil Maqsud oğlu...

Xəzərdə gəmilər sığınacaqlara çəkildi

Xəzər dənizi akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yan alıblar.   “...

Qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər barədə qərar verildi

Zaqatalada qanunsuz ağackəsmədə təqsirləndirilən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.   Sfera.az xəbər verir ki, bu barədə Baş...

Bu oyunlar hava şəraiti ilə əlaqədar təxirə salındı

Azərbaycan II Liqasında XIV turun oyunları hava şəraiti ilə əlaqədar təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mə...

Tələbələrin riyaziyyat üzrə yaz düşərgəsinə qeydiyyat başladı

“Bir Könüllü” Tələbə Təşkilatının və “Pathtomath” Tələbə Riyaziyyatçılar Klubunun birgə təşəbbüsü ilə 24-29 mart 2025-ci il tarixlərində...

Qarabağda mina partlayışı: İmanov yaralandı...

İşğaldan azad olunmuş ərazidə mina hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Orden...